İsveç 5 rus diplomatını ölkədən çıxaracaq

OXUNUB: 123 Özəl DÜNYA
 
7NEWS.az xəbər verir ki, İsveç 5 rus diplomatın ölkədən çıxarılacağını açıqlayıb. İsveç Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsveç hökumətinin Rusiya kəşfiyyatının yaratdığı təhlükəsizlik təhdidini çox ciddi qəbul etdiyi vurğulanıb və 5 rus diplomatın bir-birinə uyğun gəlməyən fəaliyyətlərdə olduqları səbəbilə ölkədən çıxarılacağı bildirilib. Açıqlamada, Rusiya səfirliyində çalışan 5 nəfərin diplomatik münasibətlərə dair Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə getmələri tələb edilib.

7NEWS.az

RƏYLƏR