İsveçin atdığı raket Norveçdə qəzaya uğrayıb

OXUNUB: 105 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsveçin atdığı tədqiqat raketi Norveç torpağına düşüb. İsveçin şimalındakı Esrange Kosmik Mərkəzindən atılan TEXUS-58 raketinin 250 kilometr hündürlüyə çatdıqdan sonra nasazlıq səbəbindən Norveç torpağına düşdüyü açıqlanıb və burada sıfır cazibə qüvvəsində təcrübələr aparılıb. İsveç Kosmik Şirkəti (SSC) tərəfindən edilən açıqlamada, raketin yaşayış məntəqəsindən 10 kilometr aralıda, 1000 metr yüksəklikdə, Norveç ərazisindən 15 kilometr aralıda, təxminən 40 kilometr şimal-qərbdə yerləşən dağlıq bölgəyə düşdüyü bildirilib. Norveç hökumətinin nasazlıqla bağlı xəbərdarlıq edildiyini bildirən SSC, raketin daşıdığı yükün yaxşı vəziyyətdə olduğunu və vertolyotla Esrangeyə geri qaytarıldığını bildirib.

7NEWS.az

RƏYLƏR