İt gəzdirən qardaşları bıçaqlayana 6 il 6 ay həbs verildi

OXUNUB: 536 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində məhəllədə it gəzdirən qardaşları bıçaqlayan 1985-ci il təvəllüdlü Elşən Məlikova hökm oxunub.

Hakim Tamilla Nəsrullayvanın icraatında olan prosesdə E.Məlikov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Elşən Məlikov yaşadığı məhəllədən keçən Elxan Əhmədov və Mahir Əhmədovla mübahisə edərək onları bıçaqlayıb. Səbəb isə Əhmədov qardaşlarının gəzdirdiyi itin yoldan keçən sakinlərə hürməsi olub./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR