İtaliya Ukraynanın Aİ üzvlüyünə tam dəstəyini bir daha bəyan edir

OXUNUB: 117 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İtaliya prezidenti Sercio Mattarella İtaliyanın paytaxtı Romadakı Quirinal sarayında Ukraynanın Baş naziri Denis Şmihal ilə görüşüb. İclasda İtaliyanın baş nazirinin müavini Antonio Tajani və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da iştirak ediblər. Görüş zamanı nüvə təhlükəsizliyi, Ukraynanın yenidən qurulması və sülh danışıqları müzakirə edilib. Ukraynanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyünün müdafiə edilməli olduğunu vurğulayan Prezident Mattarella, Ukraynanın ən qısa zamanda Avropa Birliyinə (Aİ) qoşulacağına inandığını və İtaliyanın lazım olduğu müddətdə Ukraynanı bütün sahələrdə tam dəstəkləyəcəyini bildirib. 

7NEWS.az

RƏYLƏR