İtaliyada abidələrə zərər verənlər 60 min avro cərimələnəcək

OXUNUB: 176 Özəl DÜNYA
Nazirlər Kabinetinin iclasında mədəniyyət obyektlərinə ziyan vuranların 60 min avroya qədər cərimələnməsi təklifi bəyənilib. 

7NEWS.az xəbər verir ki, İtaliyada abidələrə və ya digər mədəni-tarixi obyektlərə ziyan vuranların 60 min avroya qədər cərimələnməsini nəzərdə tutan qanun layihəsi Nazirlər Kabinetinin iclasında təsdiqlənib. Mədəniyyət naziri Gennaro Sangiuliano tərəfindən dəstəklənən yeni qanun layihəsinə görə, cərimələrdən gələn pul təmir və təmizlik xərclərinin ödənilməsinə yönəldiləcək. 

7NEWS.az

RƏYLƏR