İtaliyada miqrant qayığında 8 cəsəd tapılıb

OXUNUB: 172 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mərkəzi Aralıq dənizində immiqrasiya dramı davam edir. İtaliyada sahil mühafizə gəmisi Malta axtarış-xilasetmə zonasında Miqrant Boat üçün xilasetmə əməliyyatı həyata keçirib. Qayıqda olan 42 nəfər xilas edilərkən, 3-ü qadın, 5-i kişi olmaqla 8 nəfərin cəsədi tapılıb. Bildirilib ki, immiqrantlar aclıq və soyuqdan ölüblər. Miqrant qayığı sahil mühafizəsi tərəfindən İtaliya ilə Şimali Afrika arasında yerləşən Lampeduza adasına gətirilib. 

7NEWS.az

RƏYLƏR