İtaliyada narkotik əməliyyatı: 170 milyon avro dəyərində kokain ələ KEÇİRİLDİ

OXUNUB: 188 Özəl DÜNYA
İtaliya Maliyyə Polisinin təşkil etdiyi əməliyyatda Venesiya sahillərində ticarət gəmisində bazar dəyəri 170 milyon avro olan 850 kiloqram kokain ələ keçirilib. 

7NEWS.az xəbər verir ki, İtaliya Maliyyə Polisinin təşkil etdiyi əməliyyatla Venesiya sahillərində Cənubi Amerikadan gələn ticarət gəmisində bazar dəyəri 170 milyon avro olan 850 kiloqram kokain ələ keçirilib. Müsadirə edilən narkotiklər Veneto bölgəsində indiyə qədər ələ keçirilən ən böyük narkotik maddə kimi qeydə alınıb. 

Gəminin 20 nəfərlik heyəti ilkin ifadələrində heç nədən xəbərsiz olduqlarını iddia ediblər. 

7NEWS.az

RƏYLƏR