İtalyada Siciliya adasının birləşdirilməsi layihəsi yenidən başladı

OXUNUB: 159 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Giorgia Meloni başda olmaqla İtaliyadakı sağçı koalisiya hökuməti, İtaliya yarımadasını və Siciliya adasını birləşdirəcək 'Messina Boğazı Körpüsü'nün layihə planlaşdırılması və tikinti prosesinə dərhal başlamaq üçün bir fərman qəbul etdi.

Sağçı koalisiya hökuməti ilk dəfə 1950-ci illərin əvvəllərində İtaliyada gündəmə gətirilən Messina Boğazı Körpüsü üçün yeni bir addım atdı, bir çox dəfə layihələndirilsə də, lakin çox vaxt tikintiyə başlanılması mümkün olmadı. Baş nazir Meloni başçılığı ilə toplanan nazirlər şurası dünən axşam saatlarında Messina Boğazı körpüsünün tikintisi ilə bağlı fərmanı təsdiqləyib. Müvafiq olaraq, kabinet layihənin dizayn, planlaşdırma və tikinti prosesinin yenidən başlamasına icazə verən qərara yaşıl işıq yandırdı.

7NEWS.az

RƏYLƏR