İtkin düşən 3 yaşlı uşağın atasının ifadəsi qan dondurdu - FOTO

OXUNUB: 876 DÜNYA
Tokatda 14 gündür itkin düşən Evrim Atışın həbs edilən atasının ifadəsi qanları dondurub. 

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burhan Atış ifadəsində bildirib ki, Evrim traktordan düşüb öldü, məndə onu atamın qəbrinə basdırdım”. 

O, sonra ifadəsini dəyişdirərək "Qızımın harda olduğunu bilmirəm" deyib. 

İki gün əvvəl həbs edilən Evrim Atışın ana və atası Dilək və Burhan Atışın polislərə müxtəlif ifadələr verdiyi ortaya çıxıb. 4 gün öncə Burhan Atış bildirib ki, qızı traktordan düşüb ölüb, o da onu babasının qəbrində basdırıb. Bu ifadədən sonra polislər 1 il əvvəl ölən Sadık Atışın məzarını açıblar. Lakin atanın söylədiklərinə dair heç bir iz tapa bilməyiblər. 

Daha sonra Evrim Atışın atası ifadəsini dəyişərək qaçırılma ehtimalını irəli sürüb. Anası Dilək isə bildirib ki, qızı çadırın önündə balaca uşaqlarla oynayarkən itkin düşüb. Dilək dəfələrlə bu ifadəni təkrarlasa da, ancaq and içməməyi diqqəti çəkib. 

Ata-ana həbs edilib. Onların həbsi yaxınlarının etirazına səbəb olub. 

Bütün yaşananlara baxmayaraq polislər Evrim Atışın axtarışlarını davam etdirir. 
İtkin düşən 3 yaşlı uşağın atasının ifadəsi qan dondurdu - FOTO
İcmal.Az

RƏYLƏR