İtkin düşən müəllimin meyiti sellofan torbada tapılıb - YENİLƏNİB

OXUNUB: 725 HADİSƏ

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın Hacıqabul rayon sakini, 1992-ci il təbəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürüldüyü məlum olub.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, X. Kərimov saxlanılıb.

10:53

Şirvan şəhərində itkin düşən müəllimin meyiti tapılıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib.

Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub. 

Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb.

İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.


İcmal.Az

RƏYLƏR