“Jara”nın finalında rusiyalı müğənnidən Azərbaycan dilində ifa - FOTO/VİDEO

OXUNUB: 929 ŞOU-BİZNES

"Jara” Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu gününə yekun vurulub.

İcmal.Az xəbər verir ki, final günündə Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın və Valeri Miladzeninyaradıcılıq gecəsi keçirilib.

Gecədə Nastasya Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, Emin Ağalarov, Qlyuk'oza, İntars Busulis, Diana Arbenina, Albina Canabayev, Vera Brejneva, MBAND, A`Studio, Artik & Asti qrupları, Danil Buranov, Timur Rodrigez və başqaları Lyubov Uspenskaya və Valeri Miladzenin repertuarından mahnılar səsləndiriblər.

Lyubov Uspenskayanın Azərbaycan dilində oxuduğu "Ağ çiçəyim” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Gecə boyu səhnədə bir çox duetlər səsləndirilib.

Qeyd edək ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də, 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının monoton gecələrini çılğınlaşdırıb.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

İcmal.Az

RƏYLƏR