Fransanın AFP-nin (Agence France-Presse) fotoqrafı Şa Maria Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda həlak olub.
İcmal.Az bununla bağlı AFP-yə istinadla xəbər verir.
"O, Əfqanıstanın paytaxtında jurnalistlərə yönəlmiş terakt zamanı həlak olub”, - agentliyin məlumatında deyilir.
Hücum zamanı xəsarət alanlar arasında TOLOnews, 1TV və "Al-Jazeera” telekanallarının əməkdaşları da var.
Kabildə bazar ertəsi səhər saatlarında baş verən iki partlayış zamanı 21 nəfər həlak olub, 27 nəfər yaralanıb.
İcmal.Az