Kafesinə "26" adını qoyan, xanımlara pulsuz qəlyan verən professor oğlunun başqa obyektləri üzə çıxdı

OXUNUB: 3116 Seçilmiş HƏFTƏLİK İCMAL Özəl TƏHLİL

Dünən Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe bağlanıb.

Kafenin bağlanması üçün əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlmişdi. Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olmuşdu.

Kafeni işlədən professor Ərəstun Qasımovun oğlu Əliyar Qasımovla şəriyi Həmid adlı oğlandır.

Dünən necə oldusa sirli əllər Həmidin adının mətbuatda yayılmasının qarşısını aldı. Aşağıdakı fotoda görünən özəl olaraq hazırlanmış "Mercedes Galendewagen" avtomobillərindən "10-GC-111" dövlət qeydiyyat nişanlı bu bahalı avtomobil də Həmidindir. Digər "90-KK-222" dövlət qeydiyyat nişanlı avtomobilə söykənən şəxs Əliyardır. Həmin avtomobil də özünə məxsusdur.

Əliyarın  "Hollywood Cinema Club"un da sahibi olduğu da üzə çıxıb. Şəbəkə olaraq fəaliyyət göstərən "Hollywood 1" - Mixail Kaveroçkin küç. 13, "Hollywood Gold" - Nəcəf Nərimanov 11, "Hollywood Platinum" – S.Rüstəm 47, "Hollywood Deluxe" – Badamdar yolu 77 ünvanlarında yerləşdir.

Professor oğlu eyni zamanda "Billionaire Lounge" kafe-klubunun da sahibidir. Klubun müştəriləsi əsasən varlı insanlar və modellərdir. 

Qasımovlar ailəsi "Space" telekanalının yanında yerləşən məşhur "Nar Cafe"ni də idarə edir.

Qeyd edək ki, Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları da paylaşmaqdan geri qalmır. Üç uşaq atası olan Ə.Qasımov oğluna atasının adını qoyub./ölkə

 

İcmal.Az

RƏYLƏR