Kahramanmaraş Qaziantep və Hatay'a təbii qaz verilməyə başlandı

OXUNUB: 161 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, BOTAŞ sosial media hesabından təbii qazın zəlzələ bölgələrinə çatdırılması ilə bağlı məlumat paylaşıb. Paylaşılan məlumata görə, Kahramanmaraş şəhər mərkəzi ilə Pazarcık və Narlı rayonlarının şəhər giriş stansiyalarına, Qaziantep şəhər mərkəzi ilə Nurdağı və İslahiye rayonlarına, Hatayın Reyhanlı və Hassa rayonlarına təbii qaz verilməyə başlanıb. Sabah Hatay şəhər mərkəzinin və Kırıkhan rayonunun şəhər giriş stansiyalarına təbii qazın verilməsi planlaşdırılır. Paylaşılan məlumatda yaşayış məntəqələrinə təbii qazın verilməsinin paylayıcı şirkətlər və AFAD-ın texniki qrupları ilə razılaşdırılaraq, bütün təhlükəsizlik tədbirləri alınmaqla həyata keçiriləcəyi, məhəllə, küçədən sonra təbii qazın paylanacağı bildirilib. 

7NEWS.az

RƏYLƏR