Kahramanmaraşda zəlzələ qurbanları üçün ənənəvi qırğız çadırları qurulur

OXUNUB: 177 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Qırğızıstanın Fəlakət Nazirliyi Kahramanmaraşda zəlzələ qurbanlarının sığınacağı üçün ənənəvi çadırlar qurmağa başlayıb. Kahramanmaraş Milli Bağçasında qurulan 'Bozui' adlı ənənəvi Qırğızıstan çadırları yağış, qar və günəşdən təsirlənmir, qışda isti, yayda isə sərin olur. Təxminən yarım saata qurula bilən çadırların üst örtüklərinin açılması nəticəsində günəş içəri girir. İstanbul Qırğızıstan Dostluq və Kültür Dərnəyinin prezidenti Tuyqun Ergeş, "Bu çadırların özəlliyi ondan ibarətdir ki, istəyə görə sökülə bilir. Bunlar ənənəvi çadırlardır. Qışda isti olurlar, yağış və qar keçirmirlər. Ümumilikdə orada bir ailə rahat qala bilər.Bunların diametri orta hesabla 5 metrdir. İndiyədək 60-a yaxın çadır qurulub. Axşam saatlarına qədər 120 çadır qurulacaq." dedi.

7NEWS.az

RƏYLƏR