Kambocada hamilə qadınlar həbs edildi

OXUNUB: 614 DÜNYA

Kamboca polisi "Kirayə ana” cinayətkar qruplaşmasının üzvlərini ələ keçirib. Onlar surroqat analıq xidmətlərinin qanunsuz verilməsi ilə məşğul olublar. 

İcmal.Az "The Guardian”a istinadla xəbər verir ki, saxlanılanlardan 33-ü hamilə qadın, beşi isə təşkilatçıdır.

Surroqat analar dünyaya gətirdiyi övladları Çinə satırmışlar. 

"Hər uşağa görə onlara 10 min dollar vəd edirmişlər”, - polis nümayəndəsi deyib. Saxlanılan qadınlar hamiləliyin müxtəlif aylarında olublar. 

Kambocada surroqat analıq 2016-cı ildə qadağan olunsa da, son illər qanuni olaraq bu işlə məşğul olanların sayı artıb. Bu qadağanı pozanları iki ildən 20 ilədək həbs cəzası gözləyir. 

İcmal.Az

RƏYLƏR