Kamerunda 6 uşaq öskürək siropundan ölüb

OXUNUB: 172 Özəl DÜNYA
Kamerunun Şimal-Qərb bölgəsində qadağan edilən "Naturcold" adlı öskürək siropundan 6 uşağın öldüyü bildirilib.

7NEWS.az xəbər verir ki, Şimal-Qərb Bölgəsi İctimai Səhiyyə Nazirliyinin nümayəndəsi Kinqsli Çe Soh verdiyi açıqlamada 6 uşağın qadağan olunmuş öskürək siropundan istifadə edərək öldüyünü təsdiqləyib.

Şərbətin böyrəklərə ciddi ziyan vurduğunu bildirən Soh, ötən ay Cənub-Qərb bölgəsində 3 uşağın ölümündən sonra dərmanın istifadəsinin qadağan edildiyini bildirib.

Soh şərbətə sahib olanları dərmanı dərhal atmağa çağırdı.

7NEWS.az

RƏYLƏR