Kanada “ChatGPT” ilə bağlı araşdırmaya başlayıb

OXUNUB: 167 Özəl DÜNYA
Kanada Məxfiliyə Nəzarət İdarəsi süni intellekt inkişaf etdirmə şirkəti "OpenAI”nin süni intellekt robotu "ChatGPT” ilə bağlı araşdırmaya başladığını açıqladı. 

7NEWS.az xəbər verir ki, "The Canadian Press”in xəbərinə görə, Məxfiliyə Nəzarət Ofisi tərəfindən edilən açıqlamada ABŞ-ın "OpenAI” şirkətinə qarşı istintaqın "şəxsi məlumatların icazəsiz toplanması, istifadəsi və açıqlanması” şikayətləri əsasında başladığı bildirilib. 

Açıqlamada istintaqın təfərrüatlarının bu mərhələdə paylaşılmayacağı, istintaqın yekun hesabatının ictimaiyyətlə paylaşılacağı bildirilib. 

7NEWS.az

RƏYLƏR