Kanadada naməlum şəxs insanlara atəş açıb, yaralılar var

OXUNUB: 589 DÜNYA

Kanadada naməlum şəxs insanlara atəş açıb.

Məlumata görə, hadisə Toronto şəhərində qeydə alınıb. Şəhər polisi atəş nəticəsində 10 nəfərin yaralandığını bildirib. Yaralılar arasında uşaq da var.

Hazırda hadisə yerində polis əməkdaşları və şəhərin bütün operativ xidmətləri işləyir. Hadisənin təfərrüatı açıqlanmır.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib./report

 

İcmal.Az

RƏYLƏR