Kanadada Quranı yırtmaqda şübhəli bilinən şəxs saxlanılıb

OXUNUB: 118 Özəl DÜNYA
Kanadanın Markham şəhərində məscidə girərək Quranı cırıb camaata söyüş söyən şübhəlinin polis tərəfindən yaxalandığı bildirilib. 

7NEWS.az xəbər verir ki, Kanadanın Ontario əyalətindəki Toronto şəhərinin 30 kilometr şimalındakı Markham qəsəbəsindəki Markham məscidinə girən şübhəli polislər tərəfindən Quranı cıraraq, camaata şifahi söyərək, avtomobili onların üzərinə sürərək yaxalanıb. 

Polisin verdiyi açıqlamada, 28 yaşlı şübhəli Şaran Karunakaranın Torontoda həbs edildiyi və hədələmə, atəş açmaq və təhlükəli avtomobil sürməkdə ittiham olunduğu bildirilib. 

Şübhəli şəxs çərşənbə axşamı Nyumarketdə Ontario Ali Ədalət Məhkəməsində məhkəmə qarşısına çıxacaq. 

7NEWS.az

RƏYLƏR