Kanalda batan oğlanın meyiti tapılıb

OXUNUB: 498 SOSİAL

Mayın 25-də Samur-Abşeron kanalında batdığı ehtimal olunan Dəyanət Nəbiyev Didar oğlunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.

Dəyanət Nəbiyevin cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İcmal.Az

RƏYLƏR