“Kapitalbank”dan biabırçı addım: Qaçqının çörəkpulunu mənimsədi - VİDEO

OXUNUB: 2528 GÜNDƏM İQTİSADİYYAT BANK
Kəlbəcər rayonundan olan məcburi köçkün İbrahimov Natiq Misir oğlu qanunsuzluqla üzləşib.
 
Saytımıza üz tutan Kəlbəcər köçkünü bildirib ki, "Kapitalbank” dövlətin ona və ailə üzvlərinə fərdi olaraq verdiyi "Çörək pulu” adlandırılan vəsaiti özünə götürür.

Belə ki, 5 il əvvəl yaxın tanışına kredit götürməsi üçün bankda zamin duran Natiq İbrahimov ötən ay kartının boş olmasının şahidi olub.

Şikayətçi bildirib ki, bunun üçün hər hansı bir məhkəmə qərarlı belə olmayıb: "Adından da göründüyü kimi dövlət tərəfindən hər bir fərd üçün verilən çörək puludur. Birincisi ortada nə məhkəmə qərarı yoxdur. İkincisi, mənimlə bərabər digər ailə üzvlərimin pulunun kəsilməsi qanunsuzluqdur. Mən media vasitəsilə Azərbaycan prezidentinə üz tuturam. Xahiş edirəm ki, "Kapitalbank”ın bu qanunsuz əməllərinin qarşısını alsın. Üç övladım var, onlardan ikisi qüsurludur. heç bir yerdə işləmirəm. Dövlətdən yeganə gəlirim o çörək puludur ki, oonu da "Kapitalbank” mənimsəyir"./gununsesi
 
7NEWS.az


RƏYLƏR