Keçmiş puşist Pakistan lideri 79 yaşında vəfat edib

OXUNUB: 192 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanı 1999-2008-ci illərdə hərbi çevrilişlə idarə edən general Pərviz Müşərrəf 79 yaşında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xəstəxanada vəfat edib. BƏƏ-də müalicə aldığı Amerika xəstəxanasında dünyasını dəyişən Müşərrəfin cənazəsinin Pakistana gətiriləcəyi bildirilib. Müşərrəfin ölümü ilə bağlı Pakistan ordusundan başsağlığı mesajları dərc edilib. 2016-cı ildən müalicə üçün getdiyi Dubayda yaşayan Müşərrəf ürək və qaraciyər çatışmazlığına səbəb olan amiloidozla mübarizə aparılıb. 

7NEWS.az

RƏYLƏR