Kəmaləddin Heydərov təcili Zaqatalaya getdi (YENİLƏNDİ)

OXUNUB: 596 SOSİAL

Fövqəladə Hallar Nazirliyi respublikanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar məlumat yayıb.

Nazirlikdən İcmal.Az-a verilən məlumatda bildirilir ki, ilkin məlumatlara əsasən, dağıntılar yoxdur. Bəzi köhnə tikililərdə çatlar yaranıb.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, mayın 5-də yerli vaxtla saat 22:40 dəqiqədə Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub”.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri vəziyyətlə yerində tanış olmaq üçün Zaqatala rayonuna səfər edib.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikililərdə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-a yerləşdirlib.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.


 

İcmal.Az

RƏYLƏR