Kəmalədin Heydərov prezidenti aldadır? - FOTO VİDEO FAKT

OXUNUB: 1048 index-manşet Önəmli Özəl GÜNDƏM
Prezident İlham Əliyevin açılışını etdiyi "Astara Azdyutee Free shops LTD MMC"nin idarə heyəti rəhbərləri dəyişməklə mmc-nın qara günləri başlayıb. Tv7 Azərbaycana adının çəkilməsini istəməyən mənbəmiz bildirir ki, şirkətə yeni gələn Qeyri rəsmi rəhbər Həmidulla Məmmədov adlı "Ağa" ləqəbi ilə tanınan şəxs və onun köməkçisi Yaşar adlı şəxs oranı idarə etməyə başlayıblar. Rəhbərlik etdikləri dövürdə 100-ə qədər işçinin əmək​ müqaviləsinə xitam veriblər və bu gün də işçilərin əmək​ müqaviləsinə xitam verməkdə davam edirlər. Göründüyü kimi, ölkənin hər yerində Prezident iş yerlərinin açılmasına təşəbüs göstərir, amma Həmidulla Məmmədov işçiləri işdən çıxarmaqla Azərbaycan iqtisadiyyatına zərbə vurur. Zəhmətkeşlər ən kiçik bir haqqa, insan kimi yaşamaq üçün zəruri şəraitə belə sahib deyil. Əksinə, bütün əməklərinin nəticəsi kimi hər gün işdən çıxarılmaqla bağlı hədə-qorxuya məruz qalırlar. Sahibkarlar və müdirlər hər cür şəraitdən öz mənafelərinə uyğun istifadə etməkdə qətiyyətlidirlər. Lakin bizlərdə bu gedişatın qarşısını almaqda qətiyyətli olduğumuz üçün, cənab İlham Əliyevə dəstək olmaq, bu kimi adamların özbaşınalığının qarşısını almaq məqsədi ilə bu məsələnində ictimayiləşməsini istəyirik. Adının çəkilməsinin istəməyən mənbəmiz onuda qeyd edir ki, 140 nəfər işçidən bu gün 29-u qalıb və işini itirməmək üçün etiraz edən işçilərə "Astara Azdyutee Free shops LTD MMC"nin rəhbəri Həmidulla Məmmədov adlı "Ağa" ləqəbli şəxs işdən çıxartdığı işçilərə deyir ki, gedin kimə şikayət edirsiniz edin siz bilirsiniz bura Kəmaləddin Heydərovundur.
 













RƏYLƏR