Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sığorta ödəmələri nağdsız olacaq

OXUNUB: 986 SİYASƏT
Azərbaycanda əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə sosial sığorta ödəmələri nağdsız qaydada veriləcək.

İcmal.Az-ın xəbərinə görə Milli Məclisin iclasında bununla əlaqədar "Sosial sığorta haqqında” qanunun 17-ci (Sosial sığorta ödəmələrinin verilməsi) maddəsinə əlavə müzakirəyə çxıarılıb. Bu əlavəyə əsasən sosial sığorta ilə bağlı əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə ödəmələr "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq veriləcək.

Layihə səsə qoyularaq qəbul olunub.
 
İcmal.Az

RƏYLƏR