Keşlədə yolu keçmək istəyən oğlanı avtomobil vurub

OXUNUB: 468 HADİSƏ

Paytaxtın Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1998-ci il təvəllüdlü Səlimov Elşən Elşən oğlu Keşlə qəsəbəsində yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta-ağır olduğundan o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR