Kiçik Donald Tramp boşanır

OXUNUB: 607 DÜNYA

ABŞ prezidentinin böyük oğlu – kiçik Donald Tramp və onun həyat yoldaşı Vanessa Tramp Manhetten məhkəməsinə gələrək boşanma dinləmələrində iştirak ediblər.

İcmal.Az "Associated Press”ə istinadla xəbər verir ki, boşanmanın təşəbbüskarı Vanessa olub. Bu addımı onu atmağa ərinin çoxsaylı səfərləri və qalmaqallı "tvitləri” ilə bağlı ailə problemləri vadar edə bilər.

Vanessa ABŞ-ın hazırki prezidentinin oğlu ilə 2005-ci ildə ailə qurub. Onların 5 övladı var.

İcmal.Az

RƏYLƏR