“Kinder Surprise” şokolatlarında “salmonella” bakteriyası aşkarlandı: AVROPA HƏYACAN SİQNALI ÇALIR

OXUNUB: 313 Özəl GÜNDƏM İQTİSADİYYAT DÜNYA
7NEWS.az xəbər verir ki, Bir neçə gündür uşaqlar üçün istehsal edilən "Kinder Surprise” şokolatlarında bakteriya böhranı ilə mübarizə aparan Fransanın ardından Danimarka və Finlandiya da həyəcan siqnalı çalıb. "Kinder” şokoladlarında "salmonella” epidemiyası ilə əlaqədar bəzi məhsullar geri çağırılıb.
Məlumat üçün qeyd edək ki, "Kinder” şokolad məhsulları ilk öncə Belçika, Fransa, Almaniya, İrlandiya, Lüksemburq, İngiltərə, İsveç və Norveçdən geri çağırılıb. Böyük Britaniyada 63 uşaq "Kinder Surprise” yumurtalarında olan "salmonella”ya yoluxduqdan sonra "Ferrero” ehtiyat tədbiri olaraq son istifadə tarixi 11 iyul-7 oktyabr olan iki yumurta istehsalını geri çağırıb. "Salmonella”nın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda əlamətlər bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərdə və immun sistemi zəif olanlarda zaman-zaman xəstəxanaya yerləşdirilmək lazım gəlir.
7NEWS.az

RƏYLƏR