Kiyev rayon məhkəməsi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb

OXUNUB: 5740 SOSİAL CƏNUBİ QAFQAZ GÜRCÜSTAN Texnologiya

Bakı. 27 aprel. / Kiyevin Solomenski Rayon Məhkəməsi Ukrayna Dövlət Fiskal Xidmətinin vəzifədən uzaqlaşdırılan rəisi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, məhkəmə qərarı 26 iyun 2017-ci ilə qədər etibarlı olacaq.

Qeyd edək ki, R.Nəsirov ağır nəticələrə səbəb olan səlahiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir. Onun 2015-2016-cı illərdə xalq deputatı Aleksandr Onişenkonun maraqlarına xidmət göstərərək şəxsən vergi borcu ödənişi ilə bağlı bir sıra əsassız və qanunsuz qərarlar verdiyi bildirilir. İddia tərəfi ekspert qiymətləndirməsinə əsasən, bu addımların dövlət büdcəsinə təxminən 2 milyard qriven məbləğində zərər vurduğunu təsdiqləyib.

Məhkəmənin son qərarı ilə R.Nəsirov ilk tələbdə ibtidai istintaqı həyata keçirən prokurora və müstəntiqə ifadə verməli, müstəntiqin icazəsi olmadan qeydiyyatda olduğu və yaşadığı ünvanı tərk etməməlidir.

RƏYLƏR