Kiyev səmasını işıqlandıran parlaq işığın mənbəyi araşdırılır

OXUNUB: 148 Özəl DÜNYA
Ukraynanın paytaxtı Kiyev səmasında yerli vaxtla saat 22:00 radələrində göründüyü bildirilən qəfil "alov” şəhərdə narahatlıq yaradıb.

7NEWS.az xəbər verir ki, hadisəni sosial media hesabında açıqlayan Kiyev vilayətinin Hava Hücumundan Müdafiə Administrasiyasının rəhbəri Sergiy Popko bildirib ki, səmada "parlaq işıq” görünəndən sonra şəhərdə hava siqnalizasiya sistemləri işə düşüb, lakin müdafiə sistemləri. aktivləşdirilməmişdir.

Hadisədən az sonra Ukrayna Hərbi Hava Qüvvələri "parlaq işığın” peyk və ya meteoritin düşməsi ilə bağlı olduğunu açıqlayıb.

7NEWS.az

RƏYLƏR