Kolumbiya donanması 3 ton kokain daşıyan sualtı qayığı ələ keçirdi

OXUNUB: 129 Özəl DÜNYA
Kokain yüklü sualtı qayıq Kolumbiya əsgərləri ilə birlikdə Sakit Okeanda patrulluq edən donanma gəmilərinin radarları tərəfindən aşkar edilib.

7NEWS.az xəbər verir ki, Kolumbiya hakimiyyəti cümə günü 1993-cü ildən bəri Sakit okeanda kokain daşıyan ən böyük sualtı qayığı ələ keçirdiklərini açıqladı. Səlahiyyətlilər üç ton kokain daşıyan 30 metrlik sualtı qayığı ələ keçirib və üç nəfəri həbs ediblər.

Kokain yüklü sualtı qayıq Kolumbiya əsgərləri ilə birlikdə Sakit Okeanda patrulluq edən donanma gəmilərinin radarları tərəfindən aşkar edilib. 102 bağlamada gizlədilən kokainin sualtı qayıq batmazdan əvvəl ələ keçirildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR