Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu kiçik təyyarə yoxa çıxdı

OXUNUB: 136 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, göyərtəsində 7 nəfərlə birlikdə Kolumbiyada bütün axtarışlara baxmayaraq yoxa çıxan kiçik təyyarədən mayın 1-dən bu yana heç bir xəbər olmadığı bildirilir.

Quaviare inzibati bölgəsindəki San Xose şəhərində qəzaya uğradığı güman edilən HK 2803 nömrəli kiçik təyyarənin izi hələ də tapılmayıb.

Ararakuara və San Xose del Quaviare bölgəsində uçarkən siqnalı kəsilən kiçik təyyarədə 7 nəfərin olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR