Kolumbiyada hərbi bazaya hücum edilib: 9 ÖLÜ, 8 YARALI

OXUNUB: 108 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kolumbiyanın Norte de Santander bölgəsindəki hərbi bazaya minaatan hücumu həyata keçirilib. Kolumbiya hökumətindən verilən açıqlamada Marksist Milli Azadlıq Ordusu (ELN) partizanlarının El Karmendəki hərbi bazaya təşkil etdiyi hücumda 9 Kolumbiyalı əsgərin şəhid olduğu, 8 əsgərin isə yaralandığı qeyd edilib. Hücumun Kolumbiya prezidenti Qustavo Petronun ölkədə davamlı sülhü təmin etmək üçün Milli Azadlıq Ordusu ilə danışıqlarından sonra baş verməsi diqqət çəkib.

7NEWS.az

RƏYLƏR