Kolumbiyada mina partlayışı baş verib: 11 ÖLÜ

OXUNUB: 124 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kolumbiyanın Sutatausa şəhərində kömür mədənində partlayış baş verib. Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə və ilk yardım qrupları göndərilib. Cundinamarca qubernatoru Nicolas Garcia hadisədən sonra verdiyi açıqlamada, "Hər dəqiqə həyati əhəmiyyət daşıyır, çünki içəridə oksigen tükənir. 2 nəfər mədəndən sağ-salamat xilas edildi, lakin 11 nəfər həyatını itirdi" dedi. İlk təsbitlərə görə, mədəndəki partlayışın alovlu partlayış olduğu qiymətləndirilir, mədəndə qapalı qalan 10 işçinin xilasetmə işləri davam edir.

7NEWS.az

RƏYLƏR