Konsert zamanı "Bebe Rexhaya" telefon atılıb

OXUNUB: 130 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində konsert verən alban əsilli amerikalı musiqiçi və bəstəkar Bleta "Bebe" Rexha tamaşaçıların onun üzünə telefon atması nəticəsində xəsarət alıb. Telefon üzünə gəldikdən sonra diz çökən sənətçi səhnəni tərk edib. Hadisədən sonra hərəkətə keçən polis, hücumla bağlı 27 yaşlı şəxsin ittiham olunduğunu açıqlayıb. Sənətçi daha sonra sosial şəbəkə hesabında foto paylaşaraq "yaxşıyam" yazıb. Hücum nəticəsində Rexhanın qaşını zədələdiyi görülüb.

7NEWS.az

RƏYLƏR