Kosovo pasportu sahibləri Avropa İttifaqına vizasız daxil ola biləcəklər

OXUNUB: 139 Özəl DÜNYA
Avropa Parlamentində keçirilən iclasda Kosovo pasportu sahiblərinin Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gedə bilməsi qərara alınıb. 

7NEWS.az xəbər verir ki, Avropa Parlamenti (AP) kosovalıların uzun illərdir gözlədikləri Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız daxil olmaq istəyinə cavab verib. 

AP-də bu gün yerli vaxtla saat 12:00-da keçirilən toplantı çərçivəsində Kosovo pasportu olan şəxslərə AB ölkələri üçün viza liberalizasiyası verilib. Səsvermədən sonra AP-dən verilən yazılı açıqlamada, "Kosovo vətəndaşlarının 180 günlük müddətin 90 gününə qədər viza tələb etmədən Aİ ölkələrinə, Aİ vətəndaşlarının isə Kosovoya getməsinə icazə veriləcək".

7NEWS.az

RƏYLƏR