Kral Çarlzın təsviri olan ilk markalar istehsal edildi

OXUNUB: 124 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, 2022-ci ilin sentyabrında taxta çıxan Kral III Çarlzın təsviri olan ilk markalar İngiltərədə istehsal edilib.

Britaniyanın BBC telekanalının xəbərinə görə, Kral Çarlzın silueti bağ çiçəklərinin şəkillərindən ibarət xüsusi marka seriyasında yer alacaq.

Kral Çarlzın şəkli Kraliça Yelizavetanın ölümündən sonra keçən aya qədər kraliçanın şəkli və siluetlərindən istifadə edilən ölkədə ilk dəfə bir sıra markalarda görünəcək.

Böyük Britaniya Poçt İdarəsinin (Royal Mail) Xarici Əlaqələr və Siyasət Direktoru Devid Qold bildirdi ki, bağ çiçəklərinin şəkilləri olan marka seriyasında Kral Çarlzın siluetinin olması da kralın bağçılıq və çiçəklərə olan marağını əks etdirir.

7NEWS.az

RƏYLƏR