






Bu fikirlərin təsdiqini ermənilərin "sivilnet" kanalının reportajında da tapmaq mümkündür.
Ermənistan parlamentinin sədrinin təxribatçı çıxışına Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin cavabı özünü çox gözlətməyib.
"İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya Müharibəsi abidəsini dağıdan və 1992-ci ilin mayında erməni terrorçularının siyahısını yandıran məhz Ermənistandır”, - Ayxan Hacızadə qeyd edib. "Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını "Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, - deyən A.Hacızadə əlavə edib ki, "Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”,
Sonda isə ermənilərin və xüsusən Alen Simonyanın "Azərbaycan Laçında Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini salınmış xatirə kompleksini yer üzündən silib” fikrinə qayıdaq. Təqdim edəcəyimiz bu fotolar sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılıb. Bu fotolarda "yer üzündən silinən” xatirə kompleksinin yeni versiyasının eskizləri əks olunub.
Bu isə elə həmin Laçın rayonunda vaxtilə salınmış Sarı Aşığın abidəsinin işğala qədər və işğaldan sonrakı halıdır.
Yəni, eskizlər ermənilər tərəfindən məhv edilərək, dəyişdirilmiş xatirə kompleksinin Azərbaycan tərəfindən bərpa olunandan sonrakı vəziyyəti, digər foto isə ermənilərin tarixi və mədəni abidələrə qarşı vandalizminin yalnız bir misalda əyani nümunəsidir.
Nəticə:
- Ermənistan mediasının "Azərbaycan Laçında Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini salınmış Xatirə kompleksini yer üzündən silib” iddiası tamamilə yalandır;
- Sovet dönməində salınmış abidə kompleksi ermənilər tərəfindən tamamilə dəyişdirilərək qondarma qəhrəmanlarına aid edilən kompeksə çevrilmişdir;
- Azərbaycan həmin xatirə kompleksini yenidən bərpa edəcək.