Lal qızın dilini açan hadisə eşidənləri TƏƏCCÜBLƏNDİRİR - Bir neçə saniyə geciksəydi ...- FOTO

OXUNUB: 1127 DÜNYA
Kanadada baş verən hadisə bir çoxlarını göz yaşlarına boğub. 

İcmal.Az xarici mətbuata istinadən xəbər verir ki, serebral iflic xəstəsi olan 9 yaşlı Lexie nə danışa bilir, nə də gəzə bilir. Ailə 9 yaşlı qızlarına ad günü yığıncağı keçirməyi planlaşdırırdı. Amma 9 yaşlı Lexie o gün qəhraman olacağını heç ağlından belə keçirməmişdi. Onun anası yuxarı mərtəbədə yerləşən mətbəxdə idi. 18 aylıq qardaşı hər kəsdən xəbərsiz hovuza düşmüşdü. Qardaşının hovuza düşdüyünü görən Lexie anasına və nənəsinə xəbər vermək üçün bağırmağa başlayıb. Qızının səsini eşidən ana oğlunu hovuzdan çıxarıb.

Lexie anası Kelly Jackson həmin günü belə xaatırlayır:

"Aşağıdan səslərin gəldiyini eşitdim. Qızımın belə çığırdığını eşitməmişdim. Qızıma hər gün sarılıb təşəkkür edirəm. Bir az da gec olsaydı, nələr olardı təsəvvür etmirəm”. 

Lexienin bu addımı hər kəs tərəfindən dəyərləndirilib. Hətta polislər tərəfindən medalla təltif edilib. 

İcmal.Az

RƏYLƏR