Latviyada hərbi çağırış geri qaytarıldı

OXUNUB: 123 Özəl DÜNYA
Latviyada məcburi hərbi xidmətin bərpa olunduğu açıqlanıb. İlkin olaraq iyul ayında könüllülərin cəlb edilməsi planlaşdırıldığı halda, 2024-cü ilin yanvar ayından etibarən ölkədəki 18-24 yaş arası bütün kişilərin çağırılacağı bildirilib.

7NEWS.az xəbər verir ki, Latviya parlamenti hərbi xidmətə çağırışla bağlı Dövlət Müdafiə Xidmətinin (VAD) yaradılması haqqında qanunu qəbul edib. Sözügedən qanuna əsasən, ölkədə 18-24 yaş arasında olan bütün kişilər Latviya ordusunda və ya Milli Qvardiya kimi oxşar birləşmələrdə xidmət etməli olacaqlar.

7NEWS.az

RƏYLƏR