Lavrov: “Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcəyik”

OXUNUB: 560 SİYASƏT
"Birgə səylərimizlə ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə davam edəcək”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Lavrov qeyd edib ki, görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə ediblər.

"Dağlıq Qarabağda, Dnestryanıda münaqişələrin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. ATƏT Balkanlarda da işləməyə davam edəcək. Biz ATƏT-in Kosovada da aktiv rol oynamasını istəyirik”, - deyə o bildirib./publika

İcmal.Az

RƏYLƏR