Lavrov Rusiyanın Qarabağ münaqişəsindəki rolundan danışdı

OXUNUB: 582 SİYASƏT

ATƏT Minsk qrupunun həmsədrləri olaraq, Rusiya ABŞ və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün müvafiq şəraitin yaradılması  baxımından əlindən gələni edir.

İcmal.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında verdiyi açıqlamada bildirib.

Rusiyalı ali diplomatın sözlərinə görə, Rusiya münaqişə tərəfləri arasında aparılan danışıqlar prosesində tərəfləri ortaq məxrəcə gətirməyə çalışır.

"Tələbləri ümumiləşdirib, böhranın bu və ya digər aspektləri ilə bağlı üst-üstə düşən yanaşmaları ayırmaq, tərəflər arasında indiyə kimi ziddiyyətlərə yol açan məsələlərdə tərəfləri orta məxrəcə gətirə biləcək kompromislərə getmək üçün son illər çox intensiv səylər göstərmişik”, - deyə Rusiyanın xarici işlər naziri bildirib.


İcmal.Az

RƏYLƏR