Lavrovla Məmmədyarov arasında telefon danışığı olub

OXUNUB: 585 SİYASƏT

Qarşı tərəfin təklifi əsasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.

Bunu İcmal.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Məlumata görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqları müzakirə ediblər.

İcmal.Az

RƏYLƏR