Öldürdüyü sevgilisinin meyitini görməyə getdi — Polisə yaxalandı

OXUNUB: 559 DÜNYA
Türkiyənin Sakarya əyalətində qəribə hadisə baş verib.

İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, birlikdə yaşadığı sevgilisini bıçaqlayaraq qətlə yetirən qadın daha sonra yoxa çıxıb. Olay gecə saatlarında olub. Belə ki, 32 yaşlı adı açıqlanmaya qadın bir müddətdir, birlikdə yaşadığı 42 yaşlı Muradla səbəbi bilinməyən mübahisəyə başlayıb. Mübahisə böyüyüb davaya çevrildikdən sonra əsəbi qadın bıçağa əl atıb. O, sevgilisini bir neçə dəfə bıçaqlayıb. 

Murad hadisə yerində keçinib, qadın isə yoxa çıxıb. 
Polis onu hər yerdə axtardığı vaxt qadın xəstəxanada yaxalanıb. O, sevgilisinin meyitini görmək üçün xəstəxanaya gedib. Polis meyiti axtaran qadını həbs edib.
 

İcmal.Az

RƏYLƏR