Lənkəran sakini keçmiş qonşusunu dəmir parçası ilə döyüb

OXUNUB: 502 HADİSƏ

Lənkəran sakini keçmiş qonşusu tərfindən döyülüb.

Hadisə şəhər ərazisindəki istifadəsiz qalan karusel ərazisində baş verib.

Belə ki, Lənkəran şəhər sakini 39 yaşlı Mübariz Səfərəli oğlu Abdullayev təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı keçmiş qonşusu, Xıl kənd sakini olan Zakir adlı şəxs tərəfindən döyüldüyünü deyib. M.Abdullayevin sözlərinə görə, bir müddət qonşuluqlarında kirayədə yaşayan Zakir adlı şəxs tərəfindən döyülüb. Onun baş nahiyəsinə dəmir parçası ilə bir neçə zərbə vurulub. O, bir neçə gün əvvəl başqa bir qonşunun da oxşar hadisə ilə üzləşdiyini, bu barədə polisə müraciət olunduğunu bildirib.

Xəstəxanadan verilən məlumata görə, M.Abdullayevə təpənin əzilmiş-kəsilmiş yarası və sol qulaq nahiyəsinin kəsiyi diaqnozu qoyulub, ona tibbi yardım göstərilib, yaraları tikilib.

Məlumata görə, döyən və döyülən şəxslər qeyri-normal həyat tərzi sürürlər. 

Faktla bağlı araşdırma aparılır. /report

 

İcmal.Az

RƏYLƏR