Lənkəranda 5 otaqlı ev yanıb

OXUNUB: 1399 ŞOU-BİZNES HƏFTƏLİK İCMAL SİYASƏT DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Lənkəran. 29 aprel. / Lənkəran rayonunda 5 otaqlı ev yanıb.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib.

Kənd sakini Rəhimov Ağadadaş Baladadaş oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb. Ev sahibləri yanğından tez xəbər tutsalar da, qatı tüstüdən evə girmək və əşyaları götürmək mümkün olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə baş verən vaxt evdə heç kim olmadığından xəsarət alan olmayıb. İlkin araşdırmalar zamanı məlum olub ki, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR