Lənkəranda BƏDBƏXT HADİSƏ - Özünü doğradı

OXUNUB: 527 HADİSƏ

Lənkəranda kişi qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib.

Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Azad Əskər oğlu Məhərrəmov axşam saatlarında içkili halda kəsici alətlə əlini və qolunu kəsib. Hadisə yerinə təcili yardım stansiyasının əməkdaşları çağrılıb. Yaralı təcili yardım maşını ilə çoxlu qan itirmiş halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR