Lənkəranda qonaq gedən kişi qarşısı kəsilərək bıçaqlanıb

OXUNUB: 515 HADİSƏ

Lənkəran rayonunun Girdəni kəndində kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.

 1976-cı il təvəllüdlü Ləj kənd sakini Əliağayev Vaqif Gülməmməd oğlu qulaq nahiyəsindən kəsilmiş yara diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hadisə V. Əliağayev qonaq getdiyi Girdəni kəndindən geri qayıdan zaman olub. O, yolunu kəsən 3 sərxoş kişi ilə mübahisə, ardınca isə dava edib. Bu zaman onlardan biri bıçaqla V.Əliağayevə hücum edib. O, müdafiə olunmaq istədikdə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR