Leonardo da Vinçinin anasının Çərkəz köləsi olduğu iddia edildi

OXUNUB: 110 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, yeni araşdırma "Mona Liza"nın rəssamı və İntibah dövrünün simvolu Leonardo da Vinçinin məşhur inancın əksinə olaraq yarı italyan olduğunu, anasının isə Qafqazdan İtaliyaya qul kimi gətirildiyini üzə çıxarıb.

Da Vinçinin anasının uzun müddət Toskana kəndlisi olduğu düşünülürdü, lakin Neapol Universitetinin professoru Karlo Vecce həqiqətin daha mürəkkəb olduğuna inanır.

Onilliklər ərzində da Vinçini tədqiq edən və əsərlərini kuratorluq edən Vecce'nin tapıntıları Florensiyanın şəhər arxivlərinə əsaslanır. Da Vinçi ilə bağlı hər yeni kəşf onu tədqiq edən mütəxəssislərin kiçik dünyası tərəfindən qızğın müzakirə edilir, lakin Vecce sübutların arxivlərdə olduğunu israr edir.

7NEWS.az

RƏYLƏR